Keçmiş MTN zabitinin həbs müddəti uzadıldı
10 fevral 2016 13:40 (UTC +04:00)

Keçmiş MTN zabitinin həbs müddəti uzadıldı

0
 
 
 
Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin sabiq rəis müavini Sahib Ələkbərovun həbs müddəti uzadılıb. 
 
Lent.az-ın xəbərinə görə, Səbail məhkəməsinin qərarı ilə Sahib Ələkbərov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 3 ay artırılıb.  
 
 
Qeyd edək ki, 2015-ci ilin oktyabr ayının 20-də Baş Prokurorluğun yaydığı məlumata görə, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və yol verilmiş digər qanun pozuntuları faktları üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq-əməliyyat qrupu yaradılıb.
 
 
Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə nazirliyin bir qrup əməkdaşı tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar qulluq səlahiyyətlərindən sui-istifadə etmə və əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini pozmaqla sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələr edilməsi, ayrı-ayrı şəxslərin hüquq və qanunla qorunan mənafelərinin pozulmasına əsaslı şübhələr müəyyən olunub.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 289

Oxşar yazılar