Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Mirqamət Həsənovun cinayət işi üzrə məhkəmə yekunlaşıb.
Lent.az-ın məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasın hökümünə əsasən M.Həsənov 7 il nüddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə keçən il Suraxanı rayonunda baş verib. M.Həsənov kafedə spirtli içki qəbul edərkən orada olan Rəvan Talıbovla mübahisə edib. Nəticədə M.Həsənov R.Talıbovu bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. Hadisədən sonra M.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb.