Həyat yoldaşını öldürmək istəyən şəxsin cəzası azaldılıb
0
0
Bakı Apellyasiya Məhkəməsində həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən İlqar Qocamanovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb. Lent.az-ınməlumatına görə, prosesdə qərar elan olunub. Qərara əsasən onun şikayəti qismən təmin olunub, cəzası 14 ildən 11 il 3 aya endirilib.
Qeyd edək ki, İ.Qocamanov yaşadığı Qaradağ rayonundakı mənzildə münaqişə zəminində həyat yoldaşı Rəna Qocamanovanı bir neçə bıçaq zərbəsi vurmaqla ona ağır dərəcəli bədən xəsarəti yetirib. İ.Qocamanov Cinayət Məcəlləsinin 29.120- ci (adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ. Qocamanov 14 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs cəzasının azaldılması ilə apellyasiya şikayəti verib.
0
0