Gülər Əhmədovanın şikayəti təmin edilmədi
16 fevral 2016 11:43 (UTC +04:00)

Gülər Əhmədovanın şikayəti təmin edilmədi

0

 

Bu gün Bakı Apellyasiya Məhkəməsində sabiq deputat Gülər Əhmədovanın şikayəti üzrə məhkəmə prosesi davam edib. Lent.az-ın məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə G. Əhmədovanın şikayəti təmin edilməyib, qərar qüvvədə saxlanılıb.

 

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova deputat mandatından imtina edib. G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G. Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə Gülər Əhmədovanın barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edib. O, 2014-cü il mayın 5-də 3 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib və məhkəmə zalından azadlığa buraxılıb. Daha sonra G. Əhmədova üzərindən məhkumluğun götürülməsi barədə ərizə ilə Yasamal rayon Məhkəməsinə müraciət edib. Lakin məhkəmə onun müraciətini rədd edib. Apellyasiya şikayəti həmin qərardan verilib.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 260

Oxşar yazılar