Gülər Əhmədovanın məhkəməsi təxirə salındı
02 fevral 2016 11:07 (UTC +04:00)

Gülər Əhmədovanın məhkəməsi təxirə salındı

0

 

Bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə keçmiş deputat Gülər Əhmədovanın apelyasiya şikayəti üzrə məhkəməsi keçirilib. Lent.az-ın məlumatına, Gülər Əhmədova məhkəməyə gəlməyib. Onun vəkili Əfsər Talıbov bildirib ki, Gülər Əhmədova özünü pis his etdiyinə görə məhkəməyə gələ bilməyib.

 

Məhkəmə baxışı fevralın 9-na qədər təxirə salınıb.

 

 

Qeyd edək ki, G. Əhmədova şərti məhkum etmə cəzasının ləğv olunması və məhkumluğun götürülməsinə dair Yasamal Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə onun şikayətini təmin etməyib. Qərardan narazı qalan G. Əhmədova apelyasiya şikayəti verib.

 

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova deputat mandatından imtina edib. Onun barəsində həbs-qətimkan tədbiri seçilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G. Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə G. Əhmədovaya 3 il sınaq müddəti təyin olunmaqla şərti cəza verilib və o, azadlığa buraxılıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə, qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 291

Oxşar yazılar