Gömrükçülər 1940 qutu pirotexniki vasitə aşkarlayıb
25 yanvar 2016 15:53 (UTC +04:00)

Gömrükçülər 1940 qutu pirotexniki vasitə aşkarlayıb

0

Gömrükçülər 1940 qutu pirotexniki vasitənin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb. 

Komitədən Lent.az-a verilən məlumata görə, Tovuz Gömrük  İdarəsinin “Sınıq Körpü” gömrük postunda  Gürcüstandan Azərbaycana  gələn, Bolnisi rayonunun Həsənxocalı kəndinin sakini  Səfərov Afət Polad oğlunun  idarə etdiyi “Mersedes Benz” sprinter markalı SS519OO dövlət nömrəli nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlamadan əvvəl nəqliyyat vasitəsinin sürücüsü Səfərov Afət Polad oğlu idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətinə mütləq bəyan ediləsi hər hansı predmetin olub-olmaması  barədə şifahi olaraq sorğu-sual edilib. Sürücü gömrükçülərə nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunmalı hər hansı predmetin olmadığını bildirib. Ancaq nəqliyyat vasitəsi Skanlaşdırma Şöbəsinin HCVG rentgen yoxlama baxış sistemindən keçirilən zaman avtomobilin tavan hissəsində xüsusi olaraq düzəldilmiş gizli saxlanc yerindən 1940 qutu pirotexniki vasitələr aşkar edilərək götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 336

Oxşar yazılar