Gədəbəydə qanlı hadisə: 2 qardaş bıçaqlandı
26 iyul 2013 12:27 (UTC +04:00)

Gədəbəydə qanlı hadisə: 2 qardaş bıçaqlandı

0

Gədəbəy rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Cəfərli kəndində kənd sakinləri Elçin Cəfərov və onun qardaşı Yaşar bıçaqlanıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

 

Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəxs müəyyən edilib və saxlanılıb. Faktla əlaqədar araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1147

Oxşar yazılar