Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Nazim Ağabəyovun cinayət işi üzrə məhkəməsi təxirə salınıb.
Lent.az- ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmənin təxirə salınmasına səbəb şahidlərin iclasa gəlməməsi olub.
Məhkəmənin növbəti iclası qeyri-müəyyən günə təyin edilib.
Qeyd edək ki, narkotik maddələrin satışında ittiham edilən N.Ağabəyov rəssam Mais Ağabəyovun oğlu, "Meydan" TV-nin direktoru Emin Millinin qaynıdır. O, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, onun üzərindən 6 qram heroin aşkarlanıb.