Emin Millinin narkotikdə təqsirləndirilən qaynı özünü təqsirli bilmir
14 yanvar 2016 13:41 (UTC +04:00)

Emin Millinin narkotikdə təqsirləndirilən qaynı özünü təqsirli bilmir

0

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Nazim Ağabəyovun cinayət işi üzrə məhkəmə davam etdirilib.

 

Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən N.Ağabəyov ifadə verib. O, özünü  ittiham üzrə təqsirli bilməyib.

 

Məhkəmənin növbəti iclası yanvarın 21-nə təyin edilib.

 

 

Qeyd edək ki, narkotik maddələrin satışında ittiham edilən N.Ağabəyov rəssam Mais Ağabəyovun oğlu, "Meydan" TV-nin direktoru Emin Millinin qaynıdır. O, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, onun üzərindən 6 qram heroin aşkarlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 268

Oxşar yazılar