Dələduzluqda təqsirləndirilən şəxs azadlığa buraxıldı
03 fevral 2016 13:12 (UTC +04:00)

Dələduzluqda təqsirləndirilən şəxs azadlığa buraxıldı

0
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Bakı şəhər sakini,1986-cı il təvəllüdlü Əfsun Rəcəbovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
 
Lent. az-ın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökümə əsasən Əfsun Rəcəbov barəsində 3 sınaq müddəti olmaqla 7 il müddətinə cəza verilib. Ə.Rəcəbov məhkəmə zalından azadlığa buraxılıb.
O, məhkəmə istintaqı zamanı zərərçəkənə dəymiş ziyanı ödəyib və onun barəsində şikayət geri götürülüb.
 
Qeyd edək ki, Əfsun Rəcəbov şəhər sakinlərinə torpaq alacağı adı ilə 16 min manat pul alıb. O, verdiyi sözə əməl etmiyib. Əfsun Rəcəbov Cinayət Məcəlləsinin 178.3.2(külli miqdarda dələduzluq) maddəsi ittiham edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 370

Oxşar yazılar