Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nigar Zalovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Lent.az-ın məlumatına görə, N. Zalova məhkəmənin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, N.Zalova Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham edilib.