Gözəllik kraliçası və narkotik qalmaqalı:  lüks həyat həbslə  başa çatdı
19 aprel 2026 17:45 (UTC +04:00)

Gözəllik kraliçası və narkotik qalmaqalı: lüks həyat həbslə başa çatdı

0

Braziliyalı gözəllik kraliçası özünü hay-küylü cinayət qalmaqalının mərkəzində tapıb.

36 yaşlı Sara Monteyro San-Pauluda "Lüks Əməliyyatı" kod adlı genişmiqyaslı narkotik əleyhinə əməliyyat çərçivəsində həbs edilib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bu, sadəcə yerli bir iş deyil: istintaq Braziliyanın bir neçə bölgəsini – Minas-Jerays, San-Paulu və Matu-Qrosu-du-Sul şəhərlərini əhatə edir. Müstəntiqlərin fikrincə, bu, bütün narkotik ticarəti və çirkli pulların yuyulması şəbəkəsini əhatə edir.

Monteyro, 2025-ci il "Uberlandiya gözəli" titulunun sahibi və 100.000-dən çox “Instagram” izləyicisi olan məşhur influenserdir. Lakin hüquq-mühafizə orqanlarına ilk dəfə onun cazibədar həyat tərzi həyəcan siqnalı verib.

Müstəntiqlər onun sosial şəbəkəsinə diqqət yetiriblər. Burada müntəzəm olaraq lüks avtomobillər, yaxtalar və bahalı səyahətlərin fotoları dərc olunub. İstintaq qrupunun sözçüsü Rafael Herreranın sözlərinə görə, onun zahiri sərvəti ilə faktiki gəliri arasındakı bu uyğunsuzluq ciddi şübhələrə səbəb olub.

"Qrupun bəzi üzvləri maddi imkanlarına uyğun olmayan həyat səviyyəsi nümayiş etdiriblər. Onların arasında şübhəlilərdən biri ilə əlaqəli bir gözəllik kraliçası da olub", - o qeyd edib.

Monteyro əvvəllər qadın geyimləri butikinə sahib olub - əməliyyatın adının yaranmasına məhz bu biznesin ilham verdiyinə inanılır. Lakin tezliklə istintaqın diqqəti daha da artıb: qadın, polisin məlumatına görə, narkotik ticarəti mərkəzi kimi istifadə edilən kənd təsərrüfatı ərazisinin yaxınlığında görülüb.

İndi o, ciddi ittihamlarla üzləşir: mütəşəkkil cinayətkar qruplaşmada iştirak, narkotik qaçaqmalçılığı və çirkli pulların yuyulması.

Əməliyyat zamanı artıq təxminən altı tona yaxın marixuana müsadirə edilib, 24 nəfər həbs edilib və 20 lüks avtomobil müsadirə edilib.

Monteyronun ərinə xüsusi diqqət yetirilir: o, axtarışdadır. Müstəntiqlər onun dəbdəbəli həyat tərzi sürərkən ümumi məbləği 2,1 milyon dollardan çox olan şübhəli maliyyə əməliyyatları aparmış ola biləcəyinə inanırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 308

Oxşar yazılar