Azərbaycana narkotik maddə keçirilməsinin qarşısı alınıb
12 yanvar 2016 14:46 (UTC +04:00)

Azərbaycana narkotik maddə keçirilməsinin qarşısı alınıb

0

 

 

Azərbaycana narkotik maddə keçirilməsinin qarşısını alınıb.

 

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumatına görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan Azərbaycana piyada gələn Asif Mürsəlovun əl yükünə nəzarət zamanı məhlul formasında, ümumi təmiz çəkisi 0,108 qram təşkil edən “Metadone” adlı narkotik vasitə aşkar olunaraq götürülüb.

 

 Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda isə İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı İlyas Şahbazovun üzərində şəxsi yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) 1 ədəd bükümdə, xalis çəkisi 68,450 qram olan narkotik vasitə - tiryək  aşkar edilib.

 

Hər iki faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 336

Oxşar yazılar