AXCP sədrinin müşavirinin məhkəmə istintaqı başa çatdı
07 mart 2016 15:03 (UTC +04:00)

AXCP sədrinin müşavirinin məhkəmə istintaqı başa çatdı

0

Bu gün Nərimanov rayon Məhkəməsində AXCP sədrinin müşaviri Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Lent.az-ın məlumatına görə, prosesdə məhkəmə istintaqının yekunlaşması barədə qərar qəbul edilib. Dövlət ittihamçısı çıxışa hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib. Buna görə proses martın 14-dək təxirə salınıb.

 

Qeyd edək ki, M.İbrahim bir müddət əvvəl AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayət ərizəsi əsasında başlanmış cinayət işi üzrə sentyabrın 30-da həbs olunub. O, Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq) maddəsinə əsasən ittiham edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 304

Oxşar yazılar