Avtobus sürücüsünü öldürən şəxsin məhkəməsi başlayıb
12 fevral 2016 11:42 (UTC +04:00)

Avtobus sürücüsünü öldürən şəxsin məhkəməsi başlayıb

0

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində avtobus sürücüsünü qətlə yetirməkdə təqsirləndirilən Bəhruz Babverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

 

Lent.az-ın məlumatına görə,  hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

Məhkəmə baxış fevralın 18-ə təyin edilib.

 

Qeyd edək ki, qətl hadisəsi keçən il oktyabrda Sumqayıt şəhərində baş verib. Sumqayıt şəhər sakini Səmid Ağayevin idarə etdiyi “Hyundai” markalı avtobus 2-ci mikrorayonun ərazisində hərəkətdə olarkən sərnişini, Laçın rayon sakini Bəhruz Babaverdiyev münaqişə zəminində ona bıçaqla xəsarət yetirib. İdarəetmə itirildiyindən avtobus İnşaatçılar qəsəbə sakini Qürbət Əsədovun idarə etdiyi “Mercedes” markalı mikroavtobusa dəyib. S.Ağayev xəstəxanaya aparılarkən aldığı bıçaq xəsarətindən ölüb.

 

Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Bolis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində B.Babaverdiyev tutulub.

 

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 476

Oxşar yazılar