ANS-in MTRŞ-a qarşı şikayəti təmin edilmədi
17 fevral 2016 16:30 (UTC +04:00)

ANS-in MTRŞ-a qarşı şikayəti təmin edilmədi

0

Bu gün Ali Məhkəmədə “ANS” Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı kassasiya şikayətinə baxılıb.

Lent.az-ın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.

 

Qeyd edək ki, MTRŞ bir müddət əvvəl "ANS" televiziyasının efirində yayımlanan "Salam, Azərbaycan" proqramının yayımının 6 oktyabr 2015-ci il tarixdən etibarən 10 (on) gün müddətinə dayandırılması barədə qərar qəbul etmişdi. Həmin qərarla razılaşmayan ANS isə məhkəməyə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Onlar qərarın ləğvini istəyiblər. Lakin məhkəmə ANS-in şikayətini təmin etməyib. Bundan sonra həmin qərardan ANS kassasiya şikayəti verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 463

Oxşar yazılar