ANS-in şikayətini təmin edilmədi: <span style="color:red;">pul geri qaytarılmalıdır
08 yanvar 2016 14:48 (UTC +04:00)

ANS-in şikayətini təmin edilmədi: pul geri qaytarılmalıdır

0

Bu gün Bakı Apellyasiya Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı qaldırdığı pul tələbi qarşılıqlı iddia ilə bağlı apellyasiya şikayəti üzrə məhkəmə keçirilib.

 

Lent.az-ın məlumatına görə,  hakim Sərvət Hüseynovun sədrliyi keçirilən prosesdə şiakyət təmin olunmayıb. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, MTRŞ televiziya kanalından "Abşeron" adlı serialın çəkilməsi üçün ayrılan 160 min manat vəsaitin, həmçinin 8 min manatlıq cərimənin dövlət büdcəsinə geri qaytarılmasını tələb edir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində qarşılıqlı iddianın qaytarılması ilə bağlı qərardad çıxarılıb. Qərardaddan narazı qalan ANS Müstəqil Yayım və Media Şirkəti apellyasiya şikayəti verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 415

Oxşar yazılar