ANS-in şikayəti qismən təmin edildi, iş geri qayıtdı
04 fevral 2016 15:43 (UTC +04:00)

ANS-in şikayəti qismən təmin edildi, iş geri qayıtdı

0

Bu gün Bakı Apellyasiya Məhkəməsində ANS-in MTRŞ-a qarşı şikayətinə baxılıb. Lent.az-ın məlumatına görə, hakim Qail Məmmədovun sədrliyi ilə keçirlən prosesdə  şikayət qismən təmin olunub, iş yenidən baxılması üçün Səbael rayon Məhkəməsinə göndərilib.

 

 Qeyd edək ki, ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru Mirşahin Ağayev MTRŞ-nın çıxardığı və Şuranın sədri Nuşirəvan Məhərrəmovun imzaladığı 13 oktyabr 2015-ci il tarixli 10/3 saylı inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsi tələbi ilə Səbail Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə həmin iddianı təmin etməyib. Qərardan narazı qalan şirkətin baş direktoru M.Ağayev apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 300

Oxşar yazılar