Akkumulyator oğurlamaqda ittiham olunan şəxslərə hökm oxunub
18 fevral 2016 12:29 (UTC +04:00)

Akkumulyator oğurlamaqda ittiham olunan şəxslərə hökm oxunub

0

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Ayaz Səmədov, Ruslan Əhmədov və Ceyhun Muxtarlının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Adı çəkilən şəxslər oğurluqda təqsirləndirilir.

 

Lent.az-ın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Ayaz Səmədov, Sumqayıt şəhər sakinləri Ruslan Əhmədov və Ceyhun Muxtarlının hər biri 4 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, Baş Cinayət-Axtarış İdarəsi və Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mobil rabitə operatorlarından birinin Xırdalan şəhərində, Qobu kəndində, Novxanı, Masazır və Güzdək qəsəbələrinin ərazisində yerləşən radio-baza stansiyalarından ümumilikdə 50 ədəd akkumulyator oğurlamış Bakı şəhər sakini Ayaz Səmədov, Sumqayıt şəhər sakinləri Ruslan Əhmədov və Ceyhun Muxtarlı tutulublar. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 312

Oxşar yazılar