Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Ramin Babayevin cinayət işi üzrə məhkəmə yekunlaşıb.
Lent.az-ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmü ilə R.Babayev 3 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, keçən il oktyabr ayında Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 30-da Əhəd Quliyevə bıçaqla xəsarət yetirərək sağlamlığına ağır zərər vurmuş Ordubad rayon sakini Ramin Babayev tutulub.
Məhkəmə prosesində zərərçəkmiş şəxs şikayət ərizəsini geri götürüb.
R.Babayev Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunub.