"Baku Bus"a məxsus 6 saylı avtobusun hərəkət istiqaməti dəyişdirilib.
Bu barədə Lent.az-a "Baku Bus"ın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyorava məlumat verib.
O bildirib ki, "Formula 1" yarışlarının keçirilməsi ilə əlaqədar olaraq su borularının dəyişdirilməsi məqsədilə 10-11 fevral tarixlərində İstiqlaliyyət küçəsinin Şeyx Şamil və Niyazi küçələri ilə kəsişmələri arasında qalan hissəsi nəqliyyatın hərəkətinə tamamilə bağlı olacaq: “Bu küçələr ilə gələn avtomobillər İstiqlaliyyət küçəsində sola tərəf hərəkət edə biləcəklər. "Baku Bus"a məxsus 6 saylı avtobus da müvəqqəti olaraq hərəkət istiqamətini dəyişəcək. Üzü Şəhidlər Xiyabanı istiqamətində hərəkətinə davam edəcək”.