510 qram heroinlə yaxalandı, 10 il yarım iş aldı
29 dekabr 2015 11:54 (UTC +04:00)

510 qram heroinlə yaxalandı, 10 il yarım iş aldı

0

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən 1977-ci il təvəllüdlü Bəşir Qədirovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

 

Lent.az-ın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, Bəşir Qədirov 10 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, Bəşir Qədirov 20 yanvar metrostansiyasının yaxınlığında saxlanılıb. Onun üzərində axtarış aparılan zaman ondan 510 qram narkotik maddə- heroin aşkarlanıb.

Bəşir Qədirov əvvələrdə məhkumluq həyatı yaşayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 290

Oxşar yazılar