16 yaşında cinayət törədən şəxsə hökm oxundu
01 fevral 2016 13:02 (UTC +04:00)

16 yaşında cinayət törədən şəxsə hökm oxundu

0

 

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərbə vurmaqda təqsirləndirilən Yuriy Aleksandroviç Mitsin cinayət işi üzrə məhkəmə yekunlaşıb.

 

Lent.az-ın məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə görə Yuri Mits 3 il 6 ay azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, 2015-ci il sentyabr ayının 24-də Nizami rayonu, Qara Qarayev prospektində Bakı şəhər sakini Faiq Tahirova bıçaqla xəsarət yetirilib. Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 2000-ci il təvəllüdlü Yuriy Mits tutulub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 439

Oxşar yazılar