Rayon qeydiyyatındakı şəxsi Bakıya gətirən sürücü tutuldu - VİDEO
30 dekabr 2020 18:49 (UTC +04:00)

Rayon qeydiyyatındakı şəxsi Bakıya gətirən sürücü tutuldu - VİDEO

0

Polis əməkdaşlarının keçirdikləri növbəti əməliyyat nəticəsində taksi fəaliyyəti ilə məşğul olan vətəndaş Nizami Həsənov və sərnişini Elşən Əliyev saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, araşdırma zamanı sürücünün paytaxt qeydiyyatında olmayan bu şəxsi Bakı-Ələt yolundakı karantin postundan kənar yolla keçirərək paytaxta gətirdiyi və hər iki şəxsin  xüsusi karantin qaydalarını pozduqları sübuta yetirilib.

Saxlanılan şəxslər barəsində İnziabati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokollar tərtib edilib. Məhkəmənin qərarı ilə həm sürücü, həm də sərnişin karantin qaydalarını pozduqları üçün 1 ay müddətində inzibati qaydada həbs ediliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1898

Oxşar yazılar