Özünə od vuran kişini xilas edən  POLİSLƏRİN ƏLLƏRİ YANDI
08 iyun 2021 13:08 (UTC +04:00)

Özünə od vuran kişini xilas edən POLİSLƏRİN ƏLLƏRİ YANDI

0

İyunun 7-də saat 11 radələrində Tərtər rayonunun Bəyimsarov kənd sakini 59 yaşlı N.Qasımov rayon icra hakimiyyətinin qarşısında özünü benzinlə yandırmağa cəhd edib. 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, o, 54 yaşlı həyat yoldaşının boşanmaq üçün məhkəməyə müraciət etməsinə etiraz əlaməti olaraq bu addımı atıb.

Polis əməkdaşları cəhdin qarşısı alarkən əl nahiyələrindən yüngül yanıq xəsarəti alıblar.

Xəstəxanaya yerləşdirilən N.Qasımovun vəziyyəti qənaətbəxşdir.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2032

Oxşar yazılar