Oruc tutub küçədə söyüş söydü, həbs olundu - Bakıda görünməmiş HADİSƏ
04 mart 2026 17:05 (UTC +04:00)

Oruc tutub küçədə söyüş söydü, həbs olundu - Bakıda görünməmiş HADİSƏ

0

Bakıda küçədə söyüş söyən həbs olunub.

Lent.az-ın məlumatına görə, hadisə Yasamal rayonu, Əsəd Əhmədov küçəsində baş verib.

44 yaşlı İsrafil Məmmədov (ad və soyad şərtidir) küçədə telefonla danışarkən yüksək səslə nalayiq ifadələr işlədib. Bu zaman ərazidə olan polis əməkdaşları ona irad bildirərək, hərəkətlərinin inzibati xəta olduğunu deyiblər. Lakin İsrafil polisin qanuni tələbinə məhəl qoymayıb və şəxsiyyətini təqdim etməyib.

Buna görə də o, saxlanılıb və barəsində inzibati protokol tərtib olunub.

İsrafil Məmmədov bildirib ki, hadisə olan günü oruc tutub. Telefonda pul borcuna görə danışdığı şəxsə əsəbiləşdiyi üçün özündən çıxaraq nalayiq ifadələr işlədib.

Məhkəmənin qərarı ilə İsrafil Məmmədov 20 gün müddətinə həbs olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 396

Oxşar yazılar