Naxçıvanda kanaldan  qadın meyiti tapıldı
02 may 2026 15:36 (UTC +04:00)

Naxçıvanda kanaldan qadın meyiti tapıldı

0

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Culfa rayonu, Yaycı kəndi ərazisində kanalda meyit aşkarlanması ilə bağlı məlumat daxil olub.

Lent.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. 

Həyata keçirilən tədbirlər nəticəsində kanalda aşkar olunan qadın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 136

Oxşar yazılar