Mənimsəmədə ittiham olunan Ramil Mənsimov Monteneqroda tutuldu
04 mart 2026 18:10 (UTC +04:00)

Mənimsəmədə ittiham olunan Ramil Mənsimov Monteneqroda tutuldu

0

Beynəlxalq axtarışda olan şəxs Monteneqrodan ölkəmizə ekstradisiya edilib.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, "Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Mənsimov Ramil Yaqub oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Monteneqro Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.

Ramil Mənsimovun mənimsəmə cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa elan edilibdir.

R.Mənsimovun  Azərbaycana gətirilməsi istiqamətində müvafiq tədbirlər görülür. 

Baş Prokurorluq tərəfindən cinayət işi üzrə axtarışda olan digər şəxslərin yerinin müəyyən edilməsi və onların ölkəmizə gətirilməsi istiqamətində zəruri əməliyyat-axtarış və hüquqi tədbirlərin həyata keçirilməsi davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 280

Oxşar yazılar