Bakıda 46 yaşlı kişinin qətli ilə bağlı bir sıra təfərrüatlar məlum olub.
Lent.az-ın məlumatına görə, hadisə dünən axşam saatlarında Ramana qəsəbəsində baş verib.
Məlumata əsasən, Hüseyn Həsənov kirayə yaşadığı evdə Zəfər Məmmədovla yeyib içiblər. Ancaq içki məclisindən sonra dostlar arasında naməlum səbəbdən mübahisə düşüb. Mübahisə zamanı Hüseyn bıçaqla Zəfərin bədəninin müxtəlif nahiyələrinə 20-dən çox zərbə vurub.
Həmçinin H. Həsənovun əvvəllər də qətl törətdiyi üçün cəza çəkdiyi bildirilir.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
***
14:55
Bakıda qətl hadisəsi olub.
Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, hadisə martın 3-də paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.
46 yaşlı Zəfər Məmmədovun üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan meyitinin aşkar edilməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.
İlkin araşdırmalarla cinayətin Hüseyn Həsənov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.