Müharibə İrandan gələn malların qiymətini artıracaq? - AÇIQLAMA
04 mart 2026 14:00 (UTC +04:00)

Müharibə İrandan gələn malların qiymətini artıracaq? - AÇIQLAMA

0

Qonşu ölkədə müharibə başlayandan bəri insanları düşündürən suallardan biri də Azərbaycana idxal olunan məhsulların qiyməti ilə bağlıdır: Görəsən, ərzaq məhsullarının qiyməti artacaq?

Bu barədə Lent.az-a açıqlama verən Aərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı Vüqar Oruc bildirib ki, İranda baş verən proseslər Azərbaycan iqtisadiyyatına təsir edəcək:

Vüqar Oruc yenidən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri seçildi  » Azxeber.com Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və  müsahibələrin tək ünvanı

"Azərbaycanla İran arasında ticarət münasibətləri var. Bu baxımdan qonşu ölkədə yaranmış situasiya İranın milli valyutasının ciddi şəkildə infilyasiyaya uğramasına və iqtisadiyyatda çox böyük problemlərin yaranmasına səbəb olacaq. Bu isə həm idxal olunan mallara, həm də onların qiymətinin yüksəlməsinə təsir edəcək. Belə olduqda yerli bazarlarda müəyyən məhsulların ilk dövrdə qiymətinin artımını izləyə bilərik.

Çeşid olaraq çox böyük olmasa da, meyvə-tərəvəz məhsulları, eləcə də ərzaq və qeyri-ərzaq olmaqla, bir çox yerli istehsalın komponentləri, un və un məmulatları, yağlar İrandan gəldiyi üçün qiymətlərində artımlar olacaq. Lakin nəzərə almalıyıq ki, Türkiyə, Rusiya və Avropa məhsulları ilə müqayisədə İranın idxal payı çox deyil. Ona görə də ümumi İran məhsullarının qiyməti artsa da, bu, bazarda böyük dəyişikliklərə səbəb olmayacaq, çünki alternativlər qiymət artımının yüksək olmasının qarşısını alacaq.

Nəzərə almalıyıq ki, Azərbaycan iqtisadiyyatı üçün İrandan idxal olunan məhsullar 4-5% civarındadır. Belə olduqda yerli bazarlarda müəyyən məhsulların ilk dövrdə qiymətinin artımını izləyə bilərik. Uzun müddət müharibə və idxal məhsullarının bahalığı davam edərsə, Azərbaycan alternativ idxal xətlərini axtara bilər".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 856

Oxşar yazılar