Pələnglər bir günə  iki nəfəri  parçaladı
04 mart 2026 10:43 (UTC +04:00)

Pələnglər bir günə iki nəfəri parçaladı

0

Hindistanın Maharaştra ştatında pələnglər bir gün ərzində iki nəfəri parçalayıblar.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisələr Çandrapur rayonunda təxminən 12 saat fərqlə baş verib. Birinci hadisə cümə günü axşam saatlarında qeydə alınıb. Varnat kəndinin 60 yaşlı sakini Kaşinat Lonbale odun yığmaq üçün meşəyə gedib və evə qayıtmayıb. Daha sonra o, ölü vəziyyətdə tapılıb. Meyitin üzərində pələng hücumunun izləri aşkar edilib.

İkinci hücum şənbə günü səhər saatlarında baş verib. 45 yaşlı Sunita Bhoyar meşə yaxınlığında yerləşən sahədə digər işçilərlə birlikdə pambıq yığırmış. Bu zaman qəfil olaraq kolluqlardan çıxan pələng qadına hücum edib.

İşçilər heyvanı uzaqlaşdırmağa nail olsalar da, Bhoyar ağır xəsarətlər alıb. Həkimlər onu xilas etməyə çalışsalar da, qadın həyatını itirib.

Bu hadisələrdən sonra hakimiyyət orqanları təhlükəsizlik tədbirlərini gücləndirib. Ərazidə fototələlər və müşahidə kameraları quraşdırılıb, həmçinin patrul qruplarının sayı artırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 326

Oxşar yazılar