Kürdəmirdə avtovağzalın müdirini  maşın vurub öldürdü
27 iyul 2024 18:33 (UTC +04:00)

Kürdəmirdə avtovağzalın müdirini maşın vurub öldürdü

0

Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadla bildirir ki, rayonun Bakı prospektində, 36 yaşlı Asif Ziyad oğlu İsmayılov idarə etdiyi "FORD" markalı mikroavtobusla geriyə hərəkətdə olarkən 66 yaşlı Asif Ağa oğlu İsrafilovu vurub.


Zərərçəkən Kürdəmir Mərkəzi rayon Xəstəxanasına çatdırılsada onun həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə, A. İsrafilov rayon avtovağzalının müdiri vəzifəsində çalışırmış.

Fakt araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3488

Oxşar yazılar