İsmayıllıda kişi bədbəxt hadisə nəticəsində ölüb.
Lent.az xəbər verir ki, hadisə İvanovka kəndində baş verib. Kənd sakini 70 yaşlı Antipov Georgiy Mixayloviç yaşadığı ünvanda ağacdan yıxılıb.
O, aldığı xəsarətlərdən yerindəcə keçinib.
Faktla bağlı araşdırma aparılır.