İmişlidə qəzada yaralanan sərnişin ölüb.
Lent.az xəbər verir ki, hadisıə sentyabrın 2-də şəhəri, M.Əsədov küçəsi ilə 20 Yanvar küçələrinin kəsişməsində baş verib. Əlibəyli Səxavət Sabir oğlunun idarə etdiyi “Kia Rio” markalı avtomobil qarşıdan gələn sürücü İbrahimov Vüsal Qəzənfər oğlunun idarə etdiyi “Hyundai Elantra” markalı avtomobillə toqquşub.
Nəticədə "Hyundai Elantra"nın sərnişini 68 yaşlı İbrəhimova Zenfira Məcid qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, xəstəxanaya yerləşdirilib. Görülən tədbirlərə baxmayaraq, o, sentyabrın 14-də orada ölüb.
Faktla bağlı cinayət işi başlanıb.