DİN-in Mətbuat Xidmətinin əməkdaşları TƏLTİF OLUNDU
02 iyul 2021 14:45 (UTC +04:00)

DİN-in Mətbuat Xidmətinin əməkdaşları TƏLTİF OLUNDU

0

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşları "Polis Günü" münasibəti ilə təltif olunublar.

Lent.az-ın məlumatına görə, DİN-in Mətbuat Xidmətinin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən fəxri fərmanla təltif olunub.

Nazirin digər əmri ilə Mətbuat Xidmətinin inspektoru Anar Qafarova növbədənkənar polis mayoru rütbəsi verilib.

Bundan başqa, DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş-leytenantı Eşqin Qasımov əla xidmətlərə görə döş nişanı ilə təltif olunub.

Həmçinin, Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyevə “Təşəkkür” elan edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2148

Oxşar yazılar