Şamaxıdakı “Şirvangöl” restoranı
03 mart 2021 13:11 (UTC +04:00)

Şamaxıdakı “Şirvangöl” restoranı

Daha bir rayonda toy edənlər cərimələndi

0

Şamaxıda “Şirvangöl” restoranında xüsusi karantin rejimi qaydalarına zidd olaraq, gizli şəkildə toy məclisi təşkil edilməsi barədə rayon Polis Şöbəsinə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, polislər həmin obyektə baxış keçirən zaman orada 50-yə yaxın şəxsin bir yerə toplaşaraq məclisdə iştirak etdiyi aşkar olunub.

Restoranı işlədən Kənan Fərmanov və məclisi təşkil edən 13 nəfər barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1763

Oxşar yazılar