"Buzlu yollardakı qəzalarda ölən və yaralananlar var" -  RƏSMİ
25 fevral 2021 10:36 (UTC +04:00)

"Buzlu yollardakı qəzalarda ölən və yaralananlar var" - RƏSMİ

0

Ölkədə hava şəraiti ilə əlaqədar yolların buz bağlaması nəticəsində ölüm və xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.

Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytnantı Namidan Piriyev Lent.az-a bildirib ki, fevralın 24-dən bu günədək respublika ərazisində ölüm və xəsarətlə nəticələnən 12 ağır yol qəzası olub.

Şöbə rəsininin sözlərinə görə, nəticədə 1 nəfər ölüb, 12 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2640

Oxşar yazılar