Bakının mərkəzində KÜTLƏVİ DAVA:  4 yaralı var
03 may 2023 12:54 (UTC +04:00)

Bakının mərkəzində KÜTLƏVİ DAVA: 4 yaralı var

0

Bakıda kütləvi dava olub. 

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Yasamal rayonu Hüseyn Cavid prospektində qeydə alınıb.

Prospektdə baş verən kütləvi davada bir neçə nəfər döyülüb. Döyülənlər – 19 yaşlı Həsənxan İbişov, 20 yaşlı Zahid Əliyev, 20 yaşlı Əlvan Əzizov və 21 yaşlı Murad Məmmədovdur. 

Hadisə ilə bağlı Yasamal rayon Polis İdarəsində araşdırmalar başladılıb. 

Hazırda polis şəxsiyyəti məlum olmayan 3 nəfər dava iştirakçısının müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2745

Oxşar yazılar