Bakıda avtomobil azyaşlını vurub.
Lent.az xəbər verir ki, hadisə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən Ordubad marketin qarşısında baş verib. Qurbanov Ülvi Faiq oğlu idarə etdiyi "Toyota Prius" markalı avtomaşın ilə hərəkətdə olarkən 6 yaşlı Rusiya vətəndaşı İbrahimov Sinan Sübhan oğlunu vurub. Azyaşlı aldığı xəsarətlərdən yerləşdiyi Kliniki Tibbi Mərkəzdə ölüb.
Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.