Bakıda səfil həyatı sürən naməlum kişinin meyiti aşkarlanıb.
Lent.az-ın məlumatına görə, meyit dünən səhər saatlarında Nərimanov rayonu, Vaqif prospekti 113 ünvanında yerləşən parkda tapılıb.
Kimliyi hələlik bilinməyən meyitin üzərində hər-hansı xəsarət izi olmayıb.
Faktla bağlı araşdırma aparılır.