Bakıda güllələnən idmançının  SONUNCU PAYLAŞIMI:   "Təbrik edirəm" - YENİLƏNİB
15 mart 2022 16:40 (UTC +04:00)

Bakıda güllələnən idmançının SONUNCU PAYLAŞIMI: "Təbrik edirəm" - YENİLƏNİB

0

Xəbər verdiyimiz kimi, ötən gün axşam saatlarında dünya çempionu Zaur Yusifov paytaxtın Nəsimi rayonunda qətlə yetirilib.

Lent.az xəbər verir ki, qətlə yetirilən idmançı sosial şəbəkədə sonuncu paylaşımını saat 20 radələrində edib.

O, paylaşımda AMF-nin yeni seçilən vitse-prezidenti Vüqar Qasımovu bu münasibətlə təbrik edib.

Tanınmış idmançı paylaşımında bu sözləri dilə gətirib: “Qardaşım Vüqar Qasımovu AMF nin vitse-prezidenti seçilməyi münasibəti ilə təbrik edirəm və fəaliyyətində uğurlar arzu edirəm. Vüqar müəllim böyük uğurlara layiq insandır və gözəl idmançıdır. Təbrik edirəm qardaşım, uğurlar”. 

Qeyd edək ki, Zaur Yusifov martın 14-ü axşam saatlarında paytaxtın Nəsimi rayonu “6-cı mikrorayon” ərazisində marketlərin birində qətlə yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən 22 yaşlı Samir Şirəliyev saxlanılaraq istintaqa təhvil verilib.

Əlavə edək ki, 2020-ci il mayın 9-da Binəqədi rayonu ərazisində 1995-ci il təvəllüdlü Həsən Tağıyev 1988-ci il təvəllüdlü Emin Səfərovu avtomobilində çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib. İstintaq zamanı 1984-cü il təvəllüdlü Zaur Yusifov da tutulub. Kikboks üzrə dünya çempionu Zaur Yusifov Emin Səfərovun qətlini sifariş etməkdə ittiham edilirdi.

2021-ci il oktyabrın 8-də Zaur Yusifov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bəraət alaraq məhkəmə zalından azadlığa buraxılmışdı.

***

saat 01:26

Bakının Nəsimi rayonunda qətl baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Kazım Kazımzadə küçəsində qeydə alınıb.

1984-cü il təvəllüdlü Zaur Yusifov naməlum şəxs tərəfindən odlu silah vasitəsilə qətlə yetirilib.

Qeyd edək ki, Z.Yusifov kikboks idman növü ilə məşğul olub və federasiyasının üzvü olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 7774

Oxşar yazılar