Bakıda yeniyetmə qız itkin düşüb.
Lent.az xəbər verir ki, 15 yaşlı Ş. Allahverdiyeva Xətai rayonu, S.Əhmədov küçəsindəki yaşadığı evdən çıxaraq, bir daha geri qayıtmayıb.
Bu barədə onun anası M. Həsənova polisə müraciətində bildirib. İtkin düşən qızın əqli qüsurlu olduğu deyilir.
Faktla bağlı Xətai RPİ-nin 37-ci Polis Şöbəsində araşdırma aparılır.