Azərbaycanlı sürücü yol qəzasında öldü
27 fevral 2026 11:42 (UTC +04:00)

Azərbaycanlı sürücü yol qəzasında öldü

0

Türkiyədə azərbaycanlı sürücü qəzada ölüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Sivas-Toqat yolunda baş verib.
41 yaşlı azərbaycanlı Elməddin Qurbanovun idarə etdiyi TIR 23 yaşlı Davud Qayalının idarə etdiyi TIR-la toqquşub. Qəza nəticəsində Elməddin Qurbanov hadisə yerində keçinib. Digər sürücü və sərnişini Ömər Qayalı isə yaralanıblar.

Yaralıların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1178

Oxşar yazılar