Ana ev almaq üçün qızını satışa  qoydu
25 sentyabr 2024 10:40 (UTC +04:00)

Ana ev almaq üçün qızını satışa qoydu

0

Özbəkistanda qadın ev almaq üçün 13 yaşlı qızını satmağa cəhd edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, 41 yaşlı Kaşkədərya rayon sakini işlədiyi Səmərqənd şəhərində mənzil almaq üçün 3 övladından birini - 13 yaşlı qızı satmaq qərarına gəlib. Qadın qızını 25 min dollara satarkən polis tərəfindən cinayət başında yaxalanıb.

Qadın “on səkkiz yaşına çatmamış şəxslərlə insan alveri” maddəsi ilə təqsirli bilinib.

Məhkəmə qadını 5 il 2 ay müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsinə məhkum edib.

Həmçinin yerdə qalan hər üç uşaq dövlət himayəsinə verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4693

Oxşar yazılar