Xaricdən gətirilən "İphone"lər Azərbaycana buraxılmadı
17 iyun 2020 19:57 (UTC +04:00)

Xaricdən gətirilən "İphone"lər Azərbaycana buraxılmadı

0

 Gürcüstandan idarə etdiyi "Mercedes Benz Atego" markalı nəqliyyat vasitəsi ilə gələn  Azərbaycan vətəndaşı "Qırmızı Körpü" gömrük postunda saxlanılıb və şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Ancaq gömrük baxışı zamanı avtomobilin salonundakı qabaq oturacağın alt hissəsində, sağ və sol kiçik yük yerlərində, həmçinin ön şitin içərisində gömrük nəzarətindən gizlədilən ümumilikdə 3 ədəd " Apple İphone 11 Pro Gold 64 GB" və 3 ədəd "Apple İphone 11 Pro Max Midnight Green 64 GB" markalı mobil telefonlar aşkarlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3129

Oxşar yazılar