Uşaqları “otlamağa məcbur edib” videoya çəkən şəxs cərimə olundu
14 aprel 2020 17:18 (UTC +04:00)

Uşaqları “otlamağa məcbur edib” videoya çəkən şəxs cərimə olundu

0

Uşaqlarını videoya çəkən Şamaxı rayon sakini Polis Şöbəsinə gətirilib. 

Lent.az xəbər verir ki, bunu açıqlamasında DİN Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov azyaşlı uşaqları həyətyanı sahədə otlamağa məcbur edən və videoya çəkərək sosial şəbəkədə paylaşan şəxsdən danışarkən deyib.

E.Zahidov qeyd edib ki, əhalinin çaşqınlığına səbəb olan məlumatlar, videogörüntülər daim diqqət mərkəzindədir:

“Uşaqlarla bağlı görüntü sosial şəbəkədə yayılan kimi dərhal tədbirlər görüldü. Məlum oldu ki, bu adam Şamaxı rayon sakini İkram Xudiyevdir. Uşağın biri onun öz övladı, biri isə qohumunun uşağıdır. İ. Xudiyev dərhal polis şöbəsinə gətirilib, izahatı alınıb. İ.Xudiyev etiraf etdi ki, guya videonu zarafatla çəkib. Ancaq buna baxmayaraq, o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimə olunub”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3361

Oxşar yazılar