Rusiyaya nar aparan vaqondan gizlədilmiş qəlyan tütünü tapıldı - FOTO
17 aprel 2020 12:00 (UTC +04:00)

Rusiyaya nar aparan vaqondan gizlədilmiş qəlyan tütünü tapıldı - FOTO

0

Azərbaycandan Rusiyaya gizli yolla qəlyan tütünü keçirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, Azərbaycandan Rusiyaya ixrac olunan pomidor, limon və nar yüklü vaqona Şimal Ərazi Baş Gömrük İdarəsinin "Yalama" gömrük postunda baxış keçirilib.

Yoxlama zamanı 24 ədəd nar yüklü qutunun altından gömrük nəzarətindən gizlədilən şüşə və dəmir qablarda müxtəlif markalı, ümumilikdə 1798 ədəd qəlyan üçün tütün aşkarlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1353

Oxşar yazılar