Rusiyadan icazəsiz dərman gətirmək istədilər - FOTO
19 iyun 2020 09:51 (UTC +04:00)

Rusiyadan icazəsiz dərman gətirmək istədilər - FOTO

0

Rusiyadan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "DAF" markalı yük avtomobili "Samur" gömrük postunda saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən xəbərə görə, yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında olan oturacağın və yataq yerinin altında gömrük nəzarətinə bəyan olunmayan 7 ədəd "iPhone 11 64 GB" markalı mobil telefon tapılıb. Həmçinin kabinənin ön panelinin alt hissəsindəki boşluqda isə gömrük nəzarətindən gizlədilən 2500 kapsul dərman preparatları aşkarlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1457

Oxşar yazılar