Rayon sakinindən narkotik və silah götürüldü
24 noyabr 2020 12:40 (UTC +04:00)

Rayon sakinindən narkotik və silah götürüldü

0

Saatlı sakinindən tüfəng və marixuana götürülüb.

DİN mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Saatlı rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələri qanunsuz olaraq daşımasında şübhəli bilinən rayon sakini Nazim Əliyev saxlanılaraq Polis Şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı onun əlindəki torbadan 40 ədəd kibrit qutusunda satış məqsədi ilə qablaşdırılmış 200 qramdan artıq narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun yaşadığı ünvana da baxış keçirilib, baxış zamanı mənzilindən 1 ədəd qoşalüləli “TOZ-16” markalı ov tüfəngi və 28 ədəd patron aşkar edilərək götürülüb. 

Faktla bağlı Saatlı rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1011

Oxşar yazılar