Rayon sakini silahla tutuldu
13 noyabr 2020 11:48 (UTC +04:00)

Rayon sakini silahla tutuldu

0

Tovuz sakinindən odlu silah götürülüb.

Lent.az DİN mətbuat xidmətinə istinadən bildirir ki, rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağstafa rayon sakini E.Qəhrəmanovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil saxlanılıb.

Nəqliyyat vasitəsinə baxış zamanı sərnişin N.Məsimovdan “AK-74” markalı avtomat silahı, 22 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 844

Oxşar yazılar